AZ

Bakı komandası çempionatdan uzaqlaşdırıldı

"Bakı" TFK komandası AFFA Region Liqasından kənarlaşdırılıb.

Fanat.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında qərar çıxarılıb.

Paytaxt təmsilçisi "Beyləqan"la oyunda təyin olunan vaxtda meydanda olmayıb. Bu səbəbdən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bu hal cari mövsümdə artıq üçüncü dəfə təkrarlandığı üçün "Bakı" TFK yarışdan uzaqlaşdırılıb.

Seçilən
6
5
fanat.az

8Mənbələr