Daha məşhur komandalar "Qarabağ" klubunun cari mövsümdə UEFA Çempionlar Liqasındakı uğuruna nail ola bilməyiblər.
Aznews.az xəbər verir ki, BunuMilli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
MOK rəsmisi Azərbaycan təmsilçisinin turnirin pley-off mərhələsinədək irəliləməsinə münasibət bildirib:
"Qarabağ" klubu bu mövsüm çox böyük uğura imza atıb. Liqa mərhələsinə vəsiqə qazanmaq və daha sonra pley-offa yüksəlmək həqiqətən böyük nailiyyətdir. "Qarabağ"dan məşhur olan komandalar buna nail ola bilməyiblər. Təmsilçimizin cari mövsüm UEFA Çempionlar Liqasındakı çıxışını çox yüksək qiymətləndirirəm".