AZ

Türkiyə ilə Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi barədə razılıq əldə olunub

“Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumu çərçivəsində Türkiyənin ticarət naziri Ömər Bolat ilə görüşmək xoş oldu.

Dost ölkə ilə iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi, ticarət dövriyyəsinin və investisiyaların davamlı olaraq artırılması, biznes əlaqələrinin təşviqi üzrə hüquqi bazanın təkmilləşdirilməsi, enerji, sənaye istehsalı, nəqliyyat, logistika, turizm və digər sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi haqqında fikir mübadiləsi apardıq. Müzakirələr çərçivəsində Azərbaycan və Türkiyə arasında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi barədə razılıq əldə olundu”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Seçilən
4
14
vergiler.az

10Mənbələr