AZ

Bəlli bir yaşdan sonra insanlar işdən imtina etməlidirlər Deputat AMEA da mürgüləyənlərdən DANIŞDI

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dünən AMEA-nın Rəyasət Heyətinin iclası zamanı çəkilən və bəzi alimlərin mürgülədiyini əks etdirən fotoların yayılması ictimaiyyətdə geniş rezonans doğurub, bir sıra insanlar Akademiyanın fəaliyyətinin effektivliyini sual altına alaraq qurumun ləğv edilməsini təklif ediblər.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Qüdrət Həsənquliyev yaş amilinə diqqət çəkdi.

“Yaşlı prezidentlər də bəzən iclaslarda yatırlar, yaxud mürgüləyirlər. Bəlli bir yaşdan sonra insanlar işdən imtina etməlidirlər”, – deyə o qeyd etdi.

Millət vəkili əlavə etdi ki, o, uzun illərdir AMEA-nın bazasında ali təhsil müəssisəsinin yaradılması ideyası ilə çıxış edir:

"Elmi-tədqiqat işləri əsasən ali təhsil müəssisələrində aparılmalıdır. Hesab edirəm ki, mövcud potensial qorunmaqla yanaşı, sistem daha çevik və müasir tələblərə uyğun şəkildə yenidən təşkil olunmalıdır".

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
1
redaktor.az

2Mənbələr