AZ

Yurgen Klopp yenidən məşqçilik fəaliyyətinə qayıda bilər

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Yurgen Klopp yayda məşqçilik fəaliyyətinə qayıda bilər.

"Report" "Salzburger Nachrichten" qəzetinə istinadən xəbər verir ki, mütəxəssis yaxın gələcəkdə "Red Bull" sistemindəki vəzifəsindən ayrıla bilər.

Kloppun bu vəzifədəki nəticələrinin daxili gözləntiləri doğrultmadığı bildirilir. Bu vəziyyət almaniyalı mütəxəssisin vaxtından əvvəl gedişinə yol açır.

Son aylarda mətbuat onun adını yayda baş məşqçi dəyişikliyinə gedəcəyi gözlənilən "Real" ilə hallandırır. Hazırda Madrid təmsilçisini Alvaro Arbeloa çalışdırır.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən "Red Bull"da çalışan Yurgen Klopp 2015-2024-cü illərdə İngiltərənin "Liverpul" komandasına rəhbərlik edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
azpolitika.info

2Mənbələr