AZ

DSX-də Xocalı soyqırımının qurbanları anılıb

Fevralın 26-da Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edib, struktur qurumlarda və hərbi hissələrdə silsilə tədbirlər keçirilib.

Xidmətin mətbuat mərkəzindən Herbiand.az-a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyi, 1994-cü ildə məhz Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən fevralın 26-nın Xocalı soyqırımı günü kimi elan edildiyi şəxsi heyətin diqqətinə çatdırılıb.

Bildirilib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayətdir. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ardıcıl və qətiyyətli siyasəti nəticəsində faciənin beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm işlər görülüb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Qələbə qazanılıb, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Xocalı soyqırımı qurbanlarının qisası döyüş meydanında alınaraq tarixi ədalət öz yerini tapıb.

Anım tədbiri çərçivəsində Xocalı soyqırımına həsr olunmuş foto və kitab sərgiləri, faciə şahidlərinin çıxışları əsasında hazırlanmış “Danışır Xocalı” adlı sənədli film nümayiş etdirilib.



Seçilən
10
3
herbiand.az

7Mənbələr