AZ

İstanbulda terror aktı planlaşdıran 4 nəfər saxlanılıb » AzadMedia.az


Türkiyənin İstanbul şəhərində terror aktı planlaşdıran İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsinin (terrorçu təşkilat kimi tanınır -red.) dörd üzvü saxlanılıb.

Sözügedən şəxslər Türkiyə xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat zamanı müəyyənləşib.

Kəşfiyyat tədbirləri ilə şübhəlilərin İstanbulda təşkilatın qeyri-qanuni strukturlarında fəaliyyət göstərdikləri ortaya çıxıb. Onların şəhərin müxtəlif kritik nöqtələrində silahlı və bombalı hücum həyata keçirməyə hazırlaşdıqları bildirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.
Seçilən
0
5
azadmedia.az

10Mənbələr