ain.az, Oxumeni.az portalına istinadən məlumatı açıqlayır.
İran Niderlanda etiraz notası verib
İran niderlandlı diplomatın ölkəyə qadağan olunmuş vasitələri gizli şəkildə gətirməyə cəhd etməsi ilə əlaqədar Niderlanda etiraz notası verib.
Bu barədə İran KİV-ləri məlumat verib.
Məlumata görə, Niderlandın Tehrandakı səfiri Emil De Bont (Emiel de Bont) İran Xarici İşlər Nazirliyinə dəvət olunub.
Görüş zamanı səfirə bildirilib ki, niderlandlı diplomatın saxlanılmış yükü İran qanunlarına əsasən idxalı və istifadəsi qadağandır. Sözügedən yük Vyana Konvensiyasının müddəalarına əsasən saxlanılıb.
Niderland səfiri də İranın etirazını öz ölkəsinin hökumətinə tez bir zamanda çatdıracağını bildirib.
Oxuməni.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.