AZ

“İnsanın həm düşüncəsi, həm də qəlbi oruc olmalıdır”

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

İlahiyyatçı Tural İrfan Gununsesi.info-ya oruc tutmağın fəzilətlərindən danışıb.

O bildirib ki, Ramazan ayında oruc tutmağın fəziləti böyükdür:

“Sual yaranır ki, nə üçün oruc məhz Ramazan ayına uyğunlaşdırılıb.

Birinci növbədə, Qurani-Kərim bu ayda nazil olub. Eyni zamanda İslamda aylar hicri-qəməri təqvimi ilə dövr etdiyi üçün Ramazan ili müxtəlif vaxtlara düşür”.

Tural İrfan qeyd edib ki, orucun insan sağlamlığı və kamilliyi üçün böyük əhəmiyyəti var.

“Oruc insanın iradəsini və səbrini möhkəmləndirir. Ramazan ayında təkcə ac qalmaq deyil, mənəvi kamilliyə çatmaq da tövsiyə olunur. İnsanlar yalnız ac qalmaqla ibadət etmiş sayılmır. Çünki sadəcə ac qalmaq pəhriz sayılır.

Ramazanda əsas məqsəd mənəvi kamilliyə çatmaqdır. İnsanın həm düşüncəsi, həm də qəlbi oruc olmalıdır”.

Firuzə

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
icma.az

1Mənbələr