AZ

Hadisədən əvvəl 10 nəfər tərəfindən döyülmüşdüm Məhkəmə

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bakının Bülbülə qəsəbəsində məsciddə qəsəbə sakinini qətlə yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Elvin Məmmədovun cinayət işi üzrə məhkəməsi keçirilib. 

"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin vəkili vəsatət verərək əlavə şahidin dindirilməsini və hadisənin baş verdiyi ərazidən təhlükəsizlik şəhər kamerasından görüntülərin çıxarılmasını xahiş edib. 

Məhkəmə qısa müşavirədən sonra əlavə şahidin dindirilməsini təmin edib lakin kamera görüntüləri ilə bağlı vəsatəti təmin etməyib.

Şahid qismində ifadə verən Abdulhüseyn Ağayev bildirib ki, hadisə sübh tezdən baş verib:

"Çölə çıxanda çoxlu maşınları gördüm. Ordakı adamlardan hadisənin mahiyyətini soruşduqda dedilər ölüm hadisəsidir. Sonra eşitdim ki, hadisəni törədən Elvindir. Sonra 1 üçün Elvinlə üz-üzə gəldim. Ona sual verdim ki, "xəbərin varmı Nadir məsciddə öldürülüb? ". Dedi ki mən imamzadəyə getdim ki bir nəfərə borcum var onu qaytarmağa. Mən onunla danışanda onun üzərində qan ləkəsi yox idi".

Elvin Məmmədov ittiham üzrə özünü təqsirli bilməyib.

Elvin Məmmədova sərbəs ifadə üçün söz verilib.

"Mən cinayəti törədəndə mərhum yatmış vəziyyətdə olmayıb. Hadisədən bir müddət əvvəl təxminən 10 nəfər tərəfindən döyülmüşəm, onların arasında Nadir Səfərov da olub. Məni qeyrətsiz adlandırıblar. Yaşadığım kənddə heç kimin ailəsinə, qızına-gəlininə sataşmamışam. Dəfələrlə davam edən bu hallar məndə qıcıq yaradib. İyulun 26-da Nadiri tapmaq məqsədi ilə məscidə getdim. Bıçağı ordakı otaqlardan birindən görürdüm. Namaz otağında Nadiri yatmış vəziyyətdə gördüm və oyadaraq, ayağa qalxmasını tələb etdim. Başımda problem olduğundan, özümdə deyildim. Bundan sonra əlbəyaxa olduq. Mənə qarşı etdikləri hərəkətlərinə görə Nadirə bıçaqla çoxsaylı zərbələr endirdim. Təxminən 10 zərbə endirmişəm. Amma istintaqda mənə dedilər 30-dan çox xəsarət yetirmişəm".

Daha məhkəmə sənədlərin tədqiqinə başlayıb və məhkəmə istintaqı yekunlaşıb. 

Proses zamanı məlum olub ki, zərərçəkmiş tərəf təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur. 

Bu səbəbdən məhkəmənin yekun iclası martın 5-nə təyin edilib. 

Növbəti proses fevralın12-nə təyin edilib. 

Qeyd edək ki, ötən il iyulun 26-ı səhər saat 5 radələrində Bülbülə qəsəbəsində, İmamzadə məscidində 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı məlum olub ki, Elvin Məmmədov namaz otağında, yatmış vəziyyətdə olan Nadir Səfərova bıçaqla 38 dəfə zərbə vuraraq, onu qətlə yetirib. Həmin gün Elvin Məmmədov 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəlləri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
unikal.az

1Mənbələr