AZ

Brüsseldə Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı (FOTO)

Bakı. Trend:

Belçikanın paytaxtı Brüsseldəki Azərbaycan Evində Xocalısoyqırımı qurbanları ehtiramla yad olunub. Anım tədbiri BrüsselAzərbaycan Evi, Azərbaycan diaspor təşkilatlarının birgətəşkilatçılığı, Azərbaycanın Respublikasının Belçika KrallığındakıSəfirliyinin dəstəyi ilə baş tutub.

Trend bu barədəDiasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanşəhidlərin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Səfirliyin birinci katibi Emin Rüstəmov çıxışında Xocalısoyqırımı haqqında ətraflı məlumat verib. Heydər Əliyev Fondununvitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıyaədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlərdəndanışıb.

Daha sonra Benilüks ölkələrində yaşayan AzərbaycanlılarıKoordinasiya Şurasının Belçika üzrə əlaqələndiricisi, MADANİplatformasının rəhbəri Emin Əliyev , BUTAM Azərbaycan MədəniyyətAssosiasiyasının həmtəsisçisi Əliağa Sultanov çıxış ediblər.

Çıxışlarda Xocalı faciəsinin unudulmamasının və gələcəknəsillərə çatdırılmasının, eləcə də Azərbaycan həqiqətlərininbeynəlxalq ictimaiyyətə daha geniş şəkildə təqdim olunmasınınzəruriliyi diqqətə çatdırılıb. Eyni zamanda, diasportəşkilatlarının bu istiqamətdə birgə və sistemli fəaliyyətininvacibliyi qeyd olunub.

Tədbirdə “Xocalı nişanəsi” sənədli filmi və pianoçu, dirijor,bəstəkar Abuzər Manafzadənin “Xocalıya” adlı musiqi əsərininvideoçarxı nümayiş etdirilib.

Sonda iştirakçılar Xocalı soyqırımını əks etdirən fotosərgi ilətanış olublar.

Brüsseldə
Brüsseldə
Brüsseldə
Brüsseldə
Brüsseldə
Brüsseldə
Brüsseldə
Seçilən
27
3
az.trend.az

4Mənbələr