AZ

Şimali Kipr prezidenti Türk Dünyası Arabulucular Birliyi və Kipr Türk Barolar Birliyi nümayəndə heyətini qəbul edib

Newscenter.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti cənab Tufan Erhürman Türk Dünyası Arabulucular Birliyi və Kipr Türk Barolar Birliyi nümayəndə heyətini qəbul edib.Newscenter.az xəbər verir ki, görüş zamanı dövlət başçısı nümayəndə heyətini salamlayıb, səfərdən məmnunluğunu ifadə edib və qurumlar tərəfindən həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat alıb. O, hüquqi əməkdaşlıq, mediasiya institutunun inkişafı və Türk dünyası çərçivəsində peşəkar əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.Qəbul zamanı Türk Dünyası Arabulucular Birliği'nin təmsilçiləri təşkilatın məqsəd və vəzifələri, strateji baxış bucağı, eləcə də gələcək fəaliyyət istiqamətləri barədə ətraflı təqdimat ediblər. Bildirilib ki, əsas hədəf Türk dövlətləri arasında mediasiya sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, institusional əməkdaşlığın möhkəmləndirilməsi və alternativ mübahisə həlli mexanizmlərinin təşviqidir.Sonda nümayəndə heyəti tərəfindən səfərin xatirəsi olaraq cənab Tufan Erhürmana xatirə hədiyyəsi təqdim edilib. Görüş qarşılıqlı fikir mübadiləsi və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi şəraitində başa çatıb.Süleyman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
2
newscenter.az

3Mənbələr