AZ

Karri karyerasını bitirmək istəmir

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Qolden Steyt”in oyun qurucusu Stefen Karri hələ ki karyerasını bitirməyi planlaşdırmadığını bildirib. "Football-plus.az" xəbər verir ki, o, “People” nəşrinə verdiyi müsahibədə belə deyib:

“Təbii ki, karyeramı bitirəcəyim vaxt gəlib çatacaq. Nə vaxt çatacaq? Düşünürəm ki, bu hadisə tezliklə baş verməyəcək”.

37 yaşlı basketbolçu qeyd edib ki, bu mövzuda düşünməməyə çalışır, çünki belə fikirlər indiki oyununa mane olur:

“Yarış prosesindən və bununla bağlı hər detaldan ləzzət alıram. Ümid edirəm ki, bu da nəticələrimə müsbət təsir göstərir”.

Karri dördqat MBA çempionudu (2015, 2017, 2018, 2022), eyni zamanda, ABŞ yığmasının heyətində olimpiya və ikiqat dünya çempionu olub.“Leykers”in forvardı Lebron Ceymsin karyerasını nə vaxt bitirəcəyi Karridən daha artıq dərəcədə müzakirə olunur. MBA-da 23-cü mövsümünü keçirən 41 yaşlı əfsanə növbəti dəfə bununla bağlı ona ünvanlanan sualı cavablayıb:

“Karyeramı nə vaxt bitirəcəyimi mən biləndə siz də biləcəksiz. Bilmirəm, bununla bağlı heç bir qərarım yoxdu. Sadəcə, yaşamaq istəyirəm, vəssalam”.

2018-ci ildən “Leykers”in formasını geyən Ceyms dördqat (2012, 2013, 2016, 2020) MBA çempionudu. Cari mövsümdə 35 oyuna çıxan forvard orta hesabla 22,1 xal toplayıb, 5,5 ribaund edib və 7 məhsuldar ötürmə verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
icma.az

2Mənbələr