AZ

ABŞ vətəndaşlarının 60%-dən çoxu İranı “düşmən dövlət” hesab edir

AP-NORC sorğusuna görə, ABŞ vətəndaşlarının 60%-dən çoxu İranı “ABŞ-ın düşməni” adlandırıb.

Amerikalıların əhəmiyyətli bir hissəsi də İranın nüvə proqramından narahatdır. “Yetkinlərin səksən faizi İranın nüvə proqramının ABŞ üçün birbaşa təhlükə yaratdığından ən azı orta dərəcədə narahatlıq ifadə edir, o cümlədən 48%-i çox və ya son dərəcə narahatdır. İctimaiyyətin altmış bir faizi İranı ABŞ-ın düşməni hesab edir.”, – AP-NORC bildirir.

Sorğu fevral ayında onlayn olaraq keçirilib cəmi 1133 respondent iştirak edib. Media xəbərlərinə görə, ABŞ hakimiyyəti İrana qarşı hərbi əməliyyatlara meyllidir və Vaşinqton İsrailin zərbəsini gözləyir.

//Samir Qurbanov, Editor.az

Seçilən
2
1
editor.az

2Mənbələr