AZ

Övladını kassa aparatı na çevirən valideynlər Sosial şəbəkələrdə acınacaqlı mənzərə

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Uşaq bloqerlərin sayının artması və valideynlərin onları sosial mediada gəlir mənbəyinə çevirməsi müzakirələrə səbəb olub. Bu tendensiya uşaqların sosiallaşmasına, ailə institutunun funksiyasına və cəmiyyətin dəyər sisteminə uzunmüddətli təsir imkanlarını gündəmə gətirir.Sosioloq Əhməd Rəhmanov Demokrat.az-a açıqlamasında bildirib ki, qanunla 18 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə hər hansı bir fəaliyyəti qadağandır.“Mən öz nümunəmdən deyim: evdə 18 yaşdan kiçik uşağın e-mailini öz e-mailimlə birləşdirmişəm. Beləliklə, uşaq hər hansı bir proqrama daxil olarkən və ya oradan nəsə götürmək istəyəndə mənə xəbər gəlir. Valideyn nəzarəti funksiyası vasitəsilə mən icazə verə və ya verməyə bilərəm”, – o qeyd edib."Uşaqların sosial şəbəkələrdə fəaliyyəti qanuna ziddir və uşaq əmək qanunu bunu qəti şəkildə qadağan edir. Fərqi yoxdur, uşaq fiziki işdə iştirak etdirilsin, yoxsa sosial şəbəkələrdə pul qazanmağa cəlb edilsin, hər iki halda bu qanunsuzdur. Bu halların artmasının başlıca səbəblərindən biri işsizlik və valideynlərin aşağı əmək haqqıdır. Belə şəraitdə valideynlər uşaqlarını sosial şəbəkələrdə fəaliyyət göstərməyə məcbur olurlar. Lakin cəmiyyət olaraq bu vəziyyətin qarşısını almaq vacibdir. Bunun üçün ailə institutu vasitəsilə proqramlar hazırlanmalıdır ki, az təminatlı ailələrdə uşaqların istismarı minimuma endirilsin. Uşağın sosial şəbəkələrdə fəaliyyəti üçün Providerlər tərəfindən nəzarət mexanizmləri tətbiq edilməlidir" - sosioloq bildirib. Onun sözlərinə görə, məsələ yalnız valideynin üzərinə buraxılmamalıdır:"Sosial vəziyyət yaxşılaşdıqdan sonra valideyn başa düşəcək ki, uşağı bu fəaliyyətlərə cəlb etmək lazım deyil. İndilikdə isə az təminatlı ailələrdə valideynlər nəzarət mexanizmləri ilə dəstəklənməlidir ki, uşağın təhlükəsizliyi təmin olunsun".Qeyd edək ki, sosial mediada uşaq bloqerlərin sayı sürətlə artır və valideynlərin onları gəlir mənbəyinə çevirməsi cəmiyyətdə ciddi müzakirələrə səbəb olur. Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
demokrat.az

1Mənbələr