AZ

Frenki de Yonq zədə səbəbindən 5-6 həftə yaşıl meydanlardan kənarda qalacaq

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq zədə səbəbindən beş-altı həftə yaşıl meydanlardan kənarda qalacaq.

İdman.Biz bildirir ki, bu barədə klubun mətbuat xidməti X sosial media səhifəsində məlumat verib.

“Start heyətinin oyunçusu Frenki de Yonq bu gün məşq zamanı sağ ayağının distal bisepsindən zədə alıb. Testlər onun sağalma müddətinin beş-altı həftə arasında olacağını təsdiqləyir”, - “Barselona” açıqlamasında bildirib.

Yarımmüdafiəçi bu mövsüm bütün yarışlarda 31 oyunda meydana çıxıb, bir qol vurub və yeddi məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 45 milyon avrodur.

İdman.Biz
Seçilən
0
2
idman.biz

3Mənbələr