Fanat saytına istinadən ain.az xəbər verir.
Dünya futbolunun ulduzu Məhəmməd Salahın "Liverpul"dakı karyerası ilə bağlı yeni detallar ortaya çıxıb.
Fanat.Az xəbər verir ki, 33 yaşlı misirli hücumçu gələcəyi ilə bağlı kifayət qədər rahatdır və tələsmir.
"Football Insider"in yaydığı məlumata görə, əgər bu yay Səudiyyə Peşəkar Liqasına keçid baş tutmazsa, Salah "Liverpul"dakı müqaviləsini sonuna qədər tamamlamağa hazırdır. Ulduz futbolçunun hazırkı müqaviləsi gələn mövsümün sonuna qədər qüvvədədir.
Səudiyyə klublarının ona olan böyük marağına baxmayaraq, Salahın Premyer Liqada qalmaq variantı hələ də masadadır.
Azarkeşlər isə komandanın liderinin ən azı daha bir il "Enfild"də qalacağına ümid edirlər.
Kamil Xudiyev
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.