AZ

Prezidentliyə keçmiş namizəd saxlanıldı

Rusiyada 2023-cü ildə prezidentliyə namizədliyini irəli sürməyə cəhd edən siyasətçi saxlanılıb.

Azreform.info xəbər verir ki, “Rassvet” partiyasının lideri Yekaterina Dunsova siyasi məhbuslara məktub yazarkən polis tərəfindən bölməyə aparılıb. Məlumata görə, o, izahat vermək üçün saxlanılsa da, aksiyanın digər iştirakçılarına toxunulmayıb.

Dunsova 2023-cü ildə prezident seçkilərində iştirak etmək niyyətini açıqlamışdı. O, çıxışlarında Ukraynadakı müharibənin dayandırılmasını, demokratik islahatların aparılmasını və hakimiyyətin mərkəzsizləşdirilməsini tələb edirdi. Lakin onun namizədliyi qeydə alınmadı, rəhbərlik etdiyi partiya isə rəsmi şəkildə qeydiyyatdan keçmədi.

Siyasətçi həmçinin internet senzurasına qarşı fəal mövqe sərgiləyirdi. Rusiya Ədliyyə Nazirliyi onu “xarici agentlər” reyestrinə daxil edib.(musavat.com)

Seçilən
0
3
azreform.info

4Mənbələr