AZ

Hirosimaya atom bombası atmış təyyarənin pilotunun gündəliyi satılır

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-də 1945-fi il avqustun 6-da Yaponiyanın Hirosima şəhərinə atom bombası atmış təyyarənin pilotunun gündəliyi satışa çıxarılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, gündəliyin hazırki sahibi, nadir kitabların kolleksiyaçısı Den Uitmor adlı şəxs ona görə 950 min dollar tələb edir.

Söhbət "B-29 Enola Gay" bombardmançı təyyarənin ikinci pilotu Robert Lyuisin faciədən əvvəl və sonrakı xatirələrini yazdığı dəftərdən gedir. Əslində, bu gündəlik 5-ci dəfədir ki, satışa çıxarılır. İlk dəfə 1971-ci ildə keçirilmiş hərracda Luisin özü iştirak etmiş və gündəliyin tarixi əhəmiyyətindən danışmışdı. O vaxt Lyuis bombanı atmamışdan əvvəl və sonrakı hisslərini qaranlıqda yazdığını, hətta  mürəkkəbin bitməsi üzündən qeydlərin bir hissəsini karandaşla apardığını bildirmişdi. Yeri gəlmişkən, həmin hərracda gündəlik 37 min dollara satılmışdı.

Kaliforniyada baş tutacaq bu dəfəki hərracda üzərində "Robert A.Lyuisin mülkiyyəti... Hirosimanın bombalanması, 6 avqust 1945" yazısı olan gündəliyin bu dəfə 1 milyondan baha satılacağı proqnozlaşdırılır.

Maraq üçün qeyd edək ki, Robert Lyuis bu gündəliyi yazanda 28 yaşı var idi. O, 1983-cü il iyunun 18-də dünyasını dəyişib.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
525.az

1Mənbələr