AZ

Şamaxıda 17 yaşlı oğlan anasını öldürdü

Fevralın 26-da gecə saatlarında Şamaxı şəhərində yaşayan 1979-cu il təvəllüdlü Könül Eminova kəsici alətdən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

"Unikal" lent.az-a istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən onun ögey oğlu, 2009-cu il təvəllüdlü Murad Babayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
13
8
unikal.az

9Mənbələr