AZ

Cəbrayıl Hacıyev bürünc medal qazandı

style='margin-bottom:10px;'>

Albaniyanın paytaxtı Tiranada “Muhamet Malo” turniri davam edir.

QOL.az xəbər verir ki, reytinq turnirinin ikinci günündə sərbəst güləş üzrə Azərbayca millisinin 3 üzvü mübarizə aparıb və onların 1-i fəxri kürsüyə qalxıb.

Cəbrayıl Hacıyev (79 kq) 1/4 finalda iranlı Mohammad Aşğar Noxodilarimiyə 2:7 hesabıyla məğlub olsa da, təsəlliverici görüşdə gürcüstanlı Tariel Qafrindaşvilini “tuş”la, bürünc medal uğrunda görüşdə isə hindistanlı Saqar Caqlana 10:4 hesabıyla qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Maqomedxan Maqomedov (97 kq) türkiyəli Rıfat Eren Qıdak (6:4) və amerikalı Conatan Leonard Aiellonu (13:2) mübarizədən kənarlaşdırsa da, yarımfinalda rusiyalı Muxamed-Taxir Xaniyevlə (0:10) bacarmayıb. Bu görüşdə zədələnən Maqomedov bürünc medal uğrunda görüşə çıxmayıb.

Giorgi Meşvildişvili (125 kq) türkmənistanlı Ziyamuhammet Saparova tam üstünlüklə (12:2) qalib gəlsə də, 1/4 finalda amerikalı Vayt Eviri Hendriksona 4:15 hesabıyla uduzub.

Seçilən
19
3
teleqraf.com

4Mənbələr