Bakı. Trend:
Pakistanla sərhəddə yaşanan toqquşmalar nəticəsində Əfqanıstantərəfinin azı 72 hərbçisi həyatını itirib, 120 nəfər isəyaralanıb.
Trend xəbər verir ki, bubarədə Pakistan Baş nazirinin rəsmi nümayəndəsi Müşərrəf Zeydi “X”sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, cümə günü yerli vaxtla saat 02:00-a olanvəziyyətə görə, Pakistan Ordusu Əfqanıstana məxsus 16 sərhədməntəqəsini məhv edib, daha 7 postu isə nəzarətə götürüb. Bundanəlavə, tanklar, artilleriya sistemləri və zirehli transportyorlarda daxil olmaqla 36 ədəd hərbi texnika sıradan çıxarılıb.