AZ

Ombudsman: “Minimum istehlak səbətinin tərkibinə yenidən baxılsın”

Ombudsman minimum istehlak səbətinin tərkibinə və miqdarına yenidən baxılmasını, real ehtiyaclara uyğunlaşdırılmasını təklif edib.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci il üzrə məruzəsində əks olunub.

Məruzədə "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli, 118 saylı Qərarında internet xidmətlərindən istifadə haqqının mövcud internet tarifləri nəzərə alınmaqla (saatlıq tariflərin olmaması nəzərə alınmaqla) yenidən müəyyənləşdirilməsi və həmin Qərara müvafiq dəyişikliklər edilməsi təklif olunub.

Günay Şahmar, Bizim.Media 

Seçilən
10
3
bizim.media

4Mənbələr