AZ

Melaniya Tramp ilkə imza atacaq

Martın 2-də ABŞ tarixində ilk dəfə olaraq birinci xanım BMT Təhlükəsizlik Şurasının iclasına rəhbərlik edəcək.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Melania Trump BMT Təhlükəsizlik Şurasının rəsmi toplantısına sədrlik edəcək. Tədbir ABŞ-nin qurumdakı bir aylıq sədrliyinin başlanğıcında keçiriləcək.

Məlumata görə, iclasın əsas mövzusu dünyada tolerantlığın təşviqi və sülhün möhkəmləndirilməsində təhsilin rolu olacaq. Ağ Evdən bildirilib ki, Melaniya Trampın sədrliyi dövründə diqqət mərkəzində məhz təhsilin inkişafı dayanacaq.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 15 üzv dövlətdən ibarətdir və bu günə qədər ABŞ-ın birinci xanımının qurumun rəsmi iclasına rəhbərlik etməsi presedenti qeydə alınmayıb.

Xəbər ilk olaraq "Reuters" agentliyi tərəfindən yayılıb.

Hüseyn
Milli.Az

Seçilən
1
milli.az

1Mənbələr