AZ

Uşaqların istifadə etdiyi platformalara monitorinq gücləndirilə bilər

Azərbaycan Respublikasının Milli Məclisinin İnsan hüquqları komitəsində İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi müzakirə olunub.

Sənəddə uşaqlarla bağlı sosial şəbəkələrə və digər media məzmununa məhdudlaşdırıcı tədbirlərin tətbiqi təklif edilir.

Məruzəyə əsasən, zorakılığı təbliğ edən halların müəyyənləşdirilməsi və qarşısının alınması məqsədilə uşaqların daha çox istifadə etdiyi sosial şəbəkələr, platformalar və internet saytları, həmçinin televiziya proqramları, filmlər və oyunlar üzrə davamlı monitorinqlər aparılmalıdır.

Ombudsman uşaqların psixikasına, sağlamlığına və davranışına mənfi təsir göstərə biləcək məzmunun müəyyənləşdirilməsi və məhdudlaşdırılması üçün qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsini də təklif edir.

Gülnar Nazimqızı 

Seçilən
15
anews.az

1Mənbələr