Misli Premyer Liqasında XXII tura bu gün start veriləcək.
"Report"un məlumatına görə, ilk oyun günündə iki matç keçiriləcək.
Saat 14:30-da "Kəpəz" - "Sumqayıt" qarşılaşması start götürəcək. Gəncə klubu 13 xalla 11-ci, "gənclik şəhəri" təmsilçisi 31 xalla 6-cı yerdədir.
Günün ikinci görüşündə "Zirə" "Araz-Naxçıvan"la münasibətlərə aydınlıq gətirəcək. Bu oyun saat 18:00-da başlayacaq. "Qartallar" 35 xalla 4-cü, Naxçıvan komandası 33 xalla 5-cidir.
Misli Premyer Liqası
II dövrə, XXII tur
27 fevral
14:30. "Kəpəz" – "Sumqayıt"
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Yevlax şəhər stadionu
18:00. "Araz-Naxçıvan" – "Zirə"
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
"Liv Bona Dea Arena"
Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq.