AZ

Parlamentin komitə sədri: Narkomaniya xəstələrinin artması ailə institutunu zəiflədir

Narkomaniya və toksikomaniya xəstələrinin sayının artması ailə institutunu zəiflədir.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı komitənin sədri Zahid Oruc bildirib.

“Məruzədə qeyd edilir ki, son illərdə ölkədə narkomaniya və toksikomaniya xəstələrinin sayının artması narahatlıq doğurur. Bu xəstəliklər gənc nəslin fiziki və psixi inkişafına təhlükə yaradır, ailə institutunu zəiflədir, bütövlükdə əhalinin genofonduna mənfi təsir göstərir və gələcək nəsillərin sağlamlıq potensialı üçün ciddi problem yaradır”, - deyə Zahid Oruc qeyd edib.

Seçilən
18
2
apa.az

3Mənbələr