AZ

Bu sahədə 3 və ya daha çox uşağı olan şəxslərə üstünlük verilə bilər

Özünüməşğulluğun təşkili zamanı himayəsində 3 və ya daha çox uşağı olan şəxslərə də üstünlük verilməsi təklif edilir.

Day.Az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

"Özünüməşğulluğun təşkili Qaydası"na əsasən, özünüməşğulluğun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, şəhid ailəsinin üzvlərinə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.

Ombudsmanın məruzəsində pensiya yaşına az qalmış işsiz şəxslərin məşğulluğunun təmin edilməsi sahəsində səmərəliliyin artırılması məqsədilə yuxarıda nəzərdə tutulan şəxslərə münasibətdə nəzərdə tutulmuş 2 il müddətin 5 il müddətlə əvəz edilməsi, habelə çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həmin bənddə himayəsində 3 və ya daha çox uşağı olan şəxslərin də nəzərə alınması ilə bağlı dəyişikliklərin edilməsi təklif edilir.

Seçilən
0
7
day.az

8Mənbələr