AZ

Pakistan Əfqanıstana açıq müharibə elan edib

Pakistan müdafiə naziri Xavaca M. Asif Əfqanıstana qarşı açıq müharibə elan edib.

“Yeni Sabah” “Associated Press”ə istinadən xəbər verir ki, nazir iki ölkə arasında yerləşən Durand sərhəd xətti boyunca hərbi əməliyyatların davam etdiyini söyləyib.

Onun sözlərinə görə, Pakistan ordusu sərhəd bölgəsində təhlükəsizliyi təmin etmək məqsədilə əməliyyatlar keçirir.

Xavaca M.Asif qeyd edib ki, əməliyyatlar zamanı tərəflər arasında qarşıdurmalar qeydə alınıb. Nəticədə hər iki tərəf itkilər verib.

Pakistan rəsmiləri bildirib ki, sərhəd bölgəsində həyata keçirilən əməliyyatlar ölkənin milli təhlükəsizliyini qorumaq məqsədi daşıyır. Əfqanıstan tərəfi isə Pakistanın addımlarını sərhəd pozuntusu kimi qiymətləndirərək, öz ərazilərini qorumaq üçün tədbirlər gördüyünü açıqlayıb.


Telegram kanalımız
Seçilən
13
yenisabah.az

1Mənbələr