15 yaşı tamam olmayan vətəndaşlara on gün müddətində şəxsiyyət vəsiqəsinin pulsuz verilməsi təklif edilir.
KONKRET.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
“Dövlət rüsumu haqqında” Qanuna əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə – on gün müddətində verildikdə və ya dəyişdirildikdə – 5 manat dövlət rüsumu tutulur.
Ombudsmanın məruzəsində 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşına şəxsiyyət vəsiqəsinin on gün müddətində verilməsi və ya dəyişdirilməsinin ödənişsiz əsaslarla həyata keçirilməsi təklif edilir./trend