Xəzər Tibb Mərkəzinin həkim-neantoloqu Gülnarə Əkbərova vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə mərkəzin sosial şəbəkə hesabında paylaşım edilib.
“Böyük kədər hissi ilə bildiririk ki, fevral ayının 25-dən 26-a keçən gecə Xəzər Tibb Mərkəzinin həkimi Gülnarə Əkbərova vəfat edib”, – məlumatda qeyd olunub.
Paylaşıma yazılan rəylərə əsasən, 43 yaşlı həkimin cərrahi əməliyyatdan sonra vəziyyəti ağırlaşıb və bu səbəbdən dünyasını dəyişib.
Onun harada, nədən əməliyyat olunduğu qeyd olunmayıb.