AZ

Akvakulturada yeni mexanizmlər: Azərbaycan təcrübəsi FAO nun qərargahında təqdim edilib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 27 fevral, AZƏRTAC

Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş qərargahında “Davamlı akvakultura təlimatlarının tətbiqi üçün regional yanaşmalar” mövzusunda beynəlxalq ekspert seminarı keçirilib.

Tədbir FAO tərəfindən 2024-cü ildə qəbul olunmuş “Dayanıqlı Akvakultura üzrə Təlimatlar”ın (GSA) ölkələr səviyyəsində praktik tətbiq mexanizmlərinin hazırlanmasına həsr edilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, seminar çərçivəsində GSA-nın idarəetmə və planlaşdırma, resurslardan dayanıqlı istifadə, sosial məsuliyyət və dəyər zənciri istiqamətləri üzrə tətbiqi, eləcə də qərar qəbuletməni dəstəkləyən alətin formalaşdırılması məsələləri müzakirə olunub.

Tədbirdə iştirak edən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev Azərbaycanda balıqçılıq və akvakultura sahəsində həyata keçirilən institusional islahatlar, elmi əsaslı idarəetmə və monitorinq mexanizmlərinin tətbiqi, su bioresurslarının qorunması və artırılması istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd edib ki, ölkəmizdə sektorun inkişafı ekosistem əsaslı yanaşmaya söykənir və müasir texnologiyaların tətbiqi prioritet istiqamətlərdəndir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
2
azertag.az

4Mənbələr