AZ

Millət vəkili tərəfindən Xocalı şəhidlərinin və Vətən uğrunda canından keçmiş qəhrəmanların ruhuna ehsan iftar süfrəsi təşkil olunub

 

Zaqatalada Millət vəkili tərəfindən Xocalı şəhidlərinin və Vətən uğrunda canından keçmiş qəhrəmanların ruhuna ehsan iftar süfrəsi təşkil olunub.

 

Fevralın 26-sı – xalqımızın qan yaddaşı olan Xocalı soyqırımı günündə, müqəddəs Ramazan ayının mənəvi işığında Zaqatala rayonunda Xocalı şəhidlərinin, eləcə də Vətənimizin azadlığı uğrunda canından keçmiş bütün qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunmuş ehsan iftar süfrəsi təşkil edilib.
Millət vəkili Asif Əsgərovun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən mərasimdə ümumilikdə 250 nəfər iştirak edib. Tədbirdə şəhid ailələri, qazilər, aztəminatlı ailələr, Zaqatala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, din xadimləri, Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının kollektivi və rayon ağsaqqalları iştirak ediblər.
İftar süfrəsi zamanı din xadimləri tərəfindən Qurani-Kərim tilavət olunub, dualar oxunub, Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhu ehtiramla yad edilib. Mərasim iştirakçıları şəhidlərin əziz xatirəsini dərin hörmət və minnətdarlıq hissi ilə anıblar.
Tədbirdə çıxış edən millət vəkili Asif Əsgərov bildirib ki, Xocalı faciəsi xalqımızın qan yaddaşıdır və bu ağrılı tarix heç vaxt unudulmayacaq. O qeyd edib ki, şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq, onların bizə əmanət qoyduğu Vətənə sahib çıxmaq hər birimizin vətəndaşlıq borcudur. Millət vəkili vurğulayıb ki, şəhid ailələri və qazilər hər zaman diqqət və qayğı mərkəzindədir və bundan sonra da belə olacaq.
Sonda şəhidlərimizin ruhuna bir daha dualar oxunub, Allahdan bütün şəhidlərimizə rəhmət dilənib. Eyni zamanda göstərilən diqqət və qayğıya görə həm şəhid ailələri, həm də aztəminatlı ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, belə tədbirlər dövlət rəhbərliyinin insan amilinə verdiyi yüksək dəyərin və sosial həssas təbəqələrə göstərilən xüsusi diqqətin bariz nümunəsidir.

Seçilən
1
4
veteninfo.az

5Mənbələr