AZ

Banklar ötən ay kredit faizlərindən 356 mln. manatdan çox gəlir əldə ediblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları 2026-cı ilin yanvarında müştərilərə verilmiş kreditlərdən 356,3 milyon manat faiz gəlirləri əldə ediblər.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 61,4 milyon manat və ya 20,8% çoxdur.

Banklar 2025-ci ilin yanvar ayında 294,9 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.

Ötən ay bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 69,4 milyon manat (18,4%) artaraq 446,6 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
3
1
banco.az

2Mənbələr