AZ

NATO ilk dəfə iPhone və iPad in məxfi məlumatlarla işləməsini təsdiqləyib

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Smartfon iPhone və planşet iPad məxfi məlumatlarla işləmək üçün NATO tərəfindən sertifikatlaşdırılan ilk istehlakçı cihazları olub.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ-ın Apple şirkəti məlumat yayıb.

"Apple bildirir ki, iPhone və iPad NATO ölkələrinin informasiya təhlükəsizliyi tələblərinə cavab verən ilk və yeganə istehlakçı cihazlarıdır. Bu isə iPhone və iPad-dən xüsusi proqram təminatı və əlavə sazlamalar olmadan məxfi, o cümlədən məhdud girişli məlumatlarla işləmək üçün istifadə etməyə imkan yaradır. Daha əvvəl heç bir istehlakçı mobil cihazı belə səviyyədə dövlət sertifikasiyası almamışdı", - deyə Apple-ın rəsmi saytında yayılan açıqlamada bildirilir.

Ayxan

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
news.milli.az

2Mənbələr