AZ

Narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib

Narkotik vasitənin təsiri altında avtomobili idarə edən şəxs saxlanılıb...

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Biləsuvar rayonu ərazisində "VAZ 21214" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Ə.Ağazadənin narkotik vasitədən istifadə etməsinə də şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib. Nəticədə həmin şəxsin psixotrop maddə metamfetamin istifadə etdiyi müəyyənləşib.

Məhkəmənin qərarı ilə Ə.Ağazadə 15 gün müddətinə inzibati həbs olunub.

Poliqon.info

Seçilən
0
9
poliqon.info

10Mənbələr