AZ

Aliment Fondunun yaradılması mümkün deyil QHT sədri

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Aliment Fondunun yaradılması mümkün deyil. 

Modern.az xəbər verir ki, bunu İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Ombudsmanın məruzəsinin müzakirəsi zamanı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycanda 4 qrup aliment ödəməyən şəxslər var.

“Bunlardan birincisi cəmiyyət qarşısında məsuliyyətin hiss etməyən, avara insanlardır. Onlar üçün nəinki Fond strateji təyinatlı raket qoşunları yaratsanız xeyri yoxdur. İkincisi incik düşənlər, xanımı ilə konfilikti olanlar. Bunlarla məhkəmə orqanları işləyə bilir, onları məcbur edə bilir.  Üçüncü qrup imkanı olmayanlar. Bunları məcbur etmək mümkün deyil və məhkəmə qərarını icra etmədiyinə görə də onlara məsuliyyət düşmür. Dördüncü qrup isə müvəqqəti işini dəyişməyinə görə alimenti ödəməyən şəxslərdir”.

O qeyd edib ki, bu cür olan hallarda dövlət alimentin ödəməsini maliyələşdirə bilməz:

“Dövlət bir dəfə oraya 30 min manat pul ayırır. Ancaq sonra ora pul qayıtmaldır ki, Fond fəaliyyətini davam etdirsin. Ümum Daxili Məhsulu aşağı olan ölkələrdə belə fondlar yoxdur olacağı təqdirdə də məhv olub gedir. Bizi İsveçrə ilə müqayisə etmək olmaz”. 

Sahib Məmmədov xarici dilləri yaxşı bilən məmurlarla bağlı da təklif verib:

“Bizim yeni nəsil məmurlar müxtəlif dillər bilirlər, bunlar alqışlanmalıdır. Amma mən təklif edirəm ki, bir kurs açıb onlara xalqın dilini də öyrədək ki, xalqla danışmağı bacarsınlar". - o deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
modern.az

1Mənbələr