AZ

DÇ-2026-ya getmək istəyən Mbappedən təhlükəli qərar

Bir müddətdir zədələrlə mübarizə aparan "Real"ın və Fransa milli komandasının hücumçusu Kilian Mbappe cərrahi əməliyyatdan yayınmaq istəyir.

Publika.az xəbər verir ki, o, dünya çempionatında oynamaq istədiyi üçün belə qərar verir. Bu barədə AS məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 27 yaşlı forvard 2025-ci ilin dekabrından bəri diz bağları ilə bağlı problemlər yaşayır. O, son olaraq "Benfika"ya qarşı Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu (2:1) buraxıb. Əməliyyat olacağı halda bu problemdən qurtula bilər. Lakin bərpa prosesi onun DÇ-2026-dakı iştirakını sual altına qoyur.

Cari mövsümdə Mbappe bütün turnirlərdə "Real"ın heyətində keçirdiyi 33 matçda 38 qol vurub və 6 məhsuldar ötürmə edib.

Seçilən
1
publika.az

1Mənbələr