AZ

Gülşən Rzayeva: WUF13-də Azərbaycanın memarlıq və şəhərsalma sahəsində təcrübəsi təqdim olunacaq

Gülşən
“WUF13 çərçivəsində biz Azərbaycanın şəhərsalma və memarlıq sahəsindəki təcrübəsini beynəlxalq ictimaiyyətə təqdim etmək imkanı əldə edəcəyik”. 1news.az-ın müxbiri xəbər verir ki, bu fikirləri WUF13-ə hazırlıqla bağlı keçirilən media-brifinqdə WUF13 üzrə Milli koordinatorun müavini və Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsi Aparat rəhbərinin müavini Gülşən Rzayeva səsləndirib.
“2022-ci ildən etibarən Azərbaycanın şəhərsalma sahəsində mühüm dəyişikliklər baş verib. Xüsusilə, BMT ilə birgə layihələr həyata keçirilib və hazırda da davam etdirilir. Bir sıra təşəbbüslər irəli sürülüb. Ölkəmizdə cari ilin ‘Şəhərsalma və memarlıq ili’ elan edilməsi ilə WUF13-ün Azərbaycanda keçirilməsi arasında strateji əlaqə mövcuddur”, – deyə Gülşən Rzayeva qeyd edib. O, həmçinin vurğulayıb ki, sürətli urbanizasiya şəraitində şəhərlər ciddi çağırışlarla üzləşir: “Urbanizasiya müsbət proses olsa da, iqlim dəyişikliyinə də təsir göstərir. WUF13 məhz bu məsələlərə həsr olunacaq. Tədbirdə iqlim problemlərinin həlli ilə bağlı təşəbbüs və təkliflər irəli sürüləcək, eyni zamanda mənzil böhranının aradan qaldırılması yolları araşdırılacaq. BMT-nin araşdırmalarına əsasən, dünyada 3 milyard insan mənzil çatışmazlığından əziyyət çəkir. WUF13 təhlükəsiz və əlçatan məskunlaşma məsələlərinin müzakirəsi baxımından olduqca önəmlidir. Konfrans çərçivəsində biz Azərbaycanın bu sahədəki nailiyyətlərini də təqdim edə biləcəyik”, – deyə Aparat rəhbərinin müavini əlavə edib. Faiqa Məmmədova

Foto: Nadir İbrahimli

Seçilən
23
1news.az

1Mənbələr