"Annanın qərarına hörmətlə yanaşıram".
Far.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan özünün sosial media hesabında yazıb.
"Son 30 ildə həyatımın bütün çətin günlərində o mənim yanımda olub, dayağım və arxam olub. Əmin deyiləm ki, mən də onun üçün belə olmuşam. Bəlkə də ona daha çox kədər yaşatmışam, buna görə üzr istəyirəm", - o deyib.
***09:39
Anna Akopyan Ermənistanın Baş naziri Nikol Paşinyan ilə münasibətlərinə son qoyduğunu açıqlayıb.
Far.Az xəbər verir ki, Ermənistan KİV-ləri yazır ki, A.Akopyan sosial şəbəkələrdə yayılan və vətəndaş nikahının başa çatması barədə deyilənlərin məhz onların birgə ailə həyatının bitməsi anlamına gəldiyini təsdiqləyib.
Onun sözlərinə görə, bundan sonra kirayə mənzildə yaşayacaq. Bildirib ki, aldığı mənzil hazırda tikinti mərhələsindədir. Yaşayış xərcləri üçün isə hesabında 5 milyon dram (təxminən 13,3 min ABŞ dolları) qalıb.
A.Akopyan vurğulayıb ki, "Mənim addımım" fondunda işini davam etdirmək istərdi.