ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Madrid "Real"ı əsas qapıçısı Thibaut Courtoisın mümkün gedişinə qarşı alternativ variant müəyyənləşdirib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "kral klubu"nun əsas namizədi hazırda Almaniyanın Borussia Dortmund komandasında çıxış edən və İsveçrə millisinin formasını geyinən Qreqor Kobeldir. Madrid təmsilçisinin 28 yaşlı qolkiperini heyətinə qatmaq niyyətində olduğu bildirilir.
Mənbə qeyd edir ki, Kurtuanın "Real"la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə olsa da, tərəflər arasında yeni sözləşmə ilə bağlı danışıqlar aparılmır.
Xatırladaq ki, Qreqor Kobel 2021-ci ildən etibarən Dortmund klubunun uğurları üçün mübarizə aparır.
Hüseyn
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.