AZ

Çin Əfqanıstan–Pakistan münaqişəsində vasitəçiliyə hazırdır

Çin

Çin Xalq Respublikası Əfqanıstan və Pakistan arasında kəskinləşmiş münaqişənin tənzimlənməsi üçün vasitəçilik səyləri göstərməyə hazırdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq brifinqdə bildirib.

O qeyd edib: “Çin hər zaman Əfqanıstan və Pakistan arasındakı münaqişədə öz kanalları vasitəsilə vasitəçi kimi çıxış edib və gərginliyin azaldılması, tərəflər arasında münasibətlərin sabitləşdirilməsi məqsədilə konstruktiv rol oynamağa davam etməyə hazırdır.”

Məryəm Quliyeva

Seçilən
0
2
xalqcebhesi.az

3Mənbələr