AZ

Tolik canlı yayımda belə VİDALAŞDI: Heç bir vəzifəyə keçməmişəm

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) bu gün tamaşaçılarla son dəfə canlı yayımda vidalaşıb. 

Milli.Az xəbər verir ki, o, öz ərizəsi ilə işdən uzaqlaşdığını bildirib:

"Televiziya efirində deyil, sosial şəbəkədə yol verdiyim bir səhvə görə rəhbərliyin və kollektivin haqqına girmiş olsaydım, vicdan əzabı çəkərdim. Artıq bir ildən çoxdur ki, "Space TV"də "Tarixin bir günü" proqramını təqdim edirəm və bu müddətdə verilişimdə heç bir qanun pozuntusu qeydə alınmayıb. Aparıcılıqdan ayrılmaqla bağlı ərizəmi rəhbərliyə təqdim edəndən sonra özümü daha rahat hiss etdim. Əsəblərimə nəzarət edə bilməyərək kiməsə emosional münasibət bildirməyim böyük bir kanalın nüfuzuna xələl gətirəcək məsələ deyil. Həyatda itirməkdən qorxduğum tək şey övladımdır. Bu qərarı da özümə verdiyim bir cəza kimi qəbul edirəm. Verilişimi başqa aparıcıya təhvil vermirəm. Həmçinin kanalda musiqi departamentinin rəhbəri vəzifəsində çalışmamışam".

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
2
news.milli.az

3Mənbələr