AZ

Dövlət Vergi Xidməti rezidentlik sertifikatı almaq istəyənlərə müraciət edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rezidentlik sertifikatı almaq istəyənlərə müraciət edib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müraciətdə deyilir:

"Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları"na əsasən, Rezidentlik sertifikatı almaq üçün "Rezidentlik sertifikatının alınması haqqında" Ərizə (DTA-01 forması) bu gündən etibarən elektron qaydada Dövlət Vergi Xidmətinin internet səhifəsi new.e-taxes.gov.az vasitəsilə təqdim edilməlidir. Rezidentlik sertifikatları (ölkə ərazisində fəaliyyət göstərən daimi nümayəndəliklər, əcnəbilər və VÖEN-i olmayan fiziki şəxslər istisna olunmaqla) vergi ödəyicilərinə avtomatik qaydada təqdim olunacaq. Hər hansı bir texniki uyğunsuzluq yarandığı təqdirdə, məsələnin operativ həlli üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz".

Seçilən
0
1
fed.az

2Mənbələr