ain.az bildirir, Modern.az portalına istinadən.
Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2026-cı il fevralın 18-də başlanıb və 5 mart tarixinədək davam edəcək.
Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.
Modern.az-ən Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, bugünədək 102 254 abituriyent ali təhsil müəssisələrinə ərizə verib. Bunlardan 93 738-u Azərbaycan bölməsinə, 10 575-u rus bölməsunə ərizə verənlərdir.Kolleclərə ərizə verənlərin sayı isə 94 366 nəfərdir (Azərbaycan bölməsinə 86005 nəfər; rus bölməsinə 8361 nəfər).
Ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və şifrəsindən istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).
Ali təhsil müəssisələrinə ərizə qəbulu ilə bağlı ətraflı məlumat və SQK-ların ünvanları ilə elanın geniş mətnində tanış ola bilərsiniz.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanı ilə buradan, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanı ilə isə buradan tanış ola bilərsiniz.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.