AZ

Çinli qadın beşəm dünyaya gətirib

Çinin Sincan Uyğur Muxtar Vilayətindən olan 24 yaşlı çinli qadın Uhandakı "Çjunnan" Xəstəxanasında beşəm - biri oğlan, dördü qız - uğurla dünyaya gətirib.

Qaziler.az bildirir ki, "People's Daily" qəzetinin məlumatına görə, təbii yolla beşəm dünyaya gətirmə ehtimalı 60 milyonda 1-dir.

"Bu, indiyə qədər gördüyüm ən yüksək çoxdöllü doğuş sayıdır", xəstəxananın mamalıq şöbəsinin təxminən 40 illik təcrübəsi olan baş həkimi Li Tsiafu bildirib.

Əkizlər hamiləliyin 28 həftəsində dünyaya gəliblər. İlk doğulanlar 990 qram (2,2 funt) ağırlığında oğlan, ardınca isə 1020 qram (3,2 funt), 970 qram (3,2 funt), 1030 qram (3,2 funt) və 870 qram (3,2 funt) ağırlığında olan kiçik bacıları olub. Körpələr həyatın ilk dəqiqələrində yeni doğulmuş körpələrin vəziyyətini xarakterizə edən qənaətbəxş Apqar balları (10 baldan 6) alıblar. 7 bal yaxşı bal hesab olunur.

Beşəmli körpələr neonatal şöbədə həkimlər tərəfindən izlənilir və həyati göstəriciləri sabitdir.

QAZİLER.AZ

Seçilən
12
qaziler.az

1Mənbələr