AZ

“Liverpul”un gürcü qapıçısı gələcək mövsüm üçün qərarını verdi

Gürcüstan millisinin qapıçısı Corc Mamardaşvili hazırda "Liverpul" klubundakı vəziyyətindən narazıdır.

90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, 25 yaşlı qapıçını Merseysayd nəhəngində ehtiyat oyunçu statusu qane etmir. Mamardaşvili gələn yay keçiriləcək transfer pəncərəsində klubunu dəyişmək niyyətindədir və növbəti mövsüm üçün icarə variantlarını da nəzərdən keçirəcək.

Gürcü qapıçının “qırmızılar”la mövcud müqaviləsi 2031-ci ilin ortalarına qədər nəzərdə tutulub. Onun bazar qiyməti 28 milyon avro səviyyəsində qiymətləndirilir. Cari mövsümdə Mamardashvili 11 oyunda meydana çıxıb, 17 qol buraxıb və üç matçda qapısını toxunulmaz saxlayıb.

Seçilən
12
90deqiqe.az

1Mənbələr