AZ

“Kəpəz” “Sumqayıt”ı, “Araz Naxçıvan” “Zirə”ni qəbul edir – YENİLƏNİR

Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura start veriləcək.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.

Əvvəlcə “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək. Oyun saat 14:30-da başlayacaq. Bu komandaların ilk dövrədəki oyunu “Sumqayıt”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün ikinci oyununda isə “Zirə” “Araz-Naxçıvan”ın qonağı olacaq.  Matçın start fiti saat 18:00-da veriləcək. Hazırda “Zirə” 35 xalla 4-cü, “Araz-Naxçıvan” isə 33 xalla 5-ci pillədə qərarlaşıb. Buna görə də sözügedən oyun mərkəzi qarşılaşmalardan hesab olunur. Komandaların ilk dövrədəki matçı 1:1 hesabı ilə başa çatıb.

27 fevral (cümə)

14:30. “Kəpəz” – “Sumqayıt”
Hakimlər: 
Rəşad Əhmədov, Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev

VAR: Rəvan Həmzəzadə
AVAR: Şirmamed Mamedov
Yevlax şəhər stadionu

18:00 . “Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: 
Rauf Cabarov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov

VAR: Əliyar Ağayev
AVAR: Teymur Teymurov
“Liv Bona Dea Arena”

Seçilən
0
1
idmanxeber.az

2Mənbələr