AZ

Ərdoğanın müavini: Türk dünyasının birliyi geniş coğrafiyada sülhün təmin olunmasına xidmət edir

Türk dünyasının birliyi geniş coğrafiyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına xidmət edən bir düşüncənin davamıdır.

"Report" xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu "Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik" mövzusunda beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, Türkiyə Türk dünyası ilə bağlı fəaliyyətlərə, qarşılıqlı əlaqələrə və bütün sahələrdə əməkdaşlığın inkişafına böyük önəm verir:

"Biz bu istiqamətdə qətiyyətliyik və hər zaman hazırıq. Bugünkü görüş qarşıdakı dövrdə yeni bir ruh yüksəkliyi yaradacaq, bizə yeni imkanlar açacaq və əməkdaşlığımızı daha da möhkəmləndirəcək.

Xüsusilə vurğulamaq istəyirəm ki, bu birlik və həmrəyliyimiz – istər siyasi, istər elmi, istərsə də vətəndaş cəmiyyəti səviyyəsində dünyanın heç bir ölkəsinə və ya coğrafiyasına qarşı yönəlməyib. Əksinə, bizim birliyimiz geniş coğrafiyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına xidmət edən bir düşüncənin davamıdır".

AKP sədrinin müavini əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" 2025-ci il 22 oktyabr tarixindəki imzaladığı sərəncam həqiqətən çox qiymətlidir və tarixə düşəcək əhəmiyyətli addımdır.

Seçilən
14
far.az

1Mənbələr