AZ

“Ermənistandan Xocalı qətliamını törətmiş şəxslərin cəzalandırılmasını tələb etməliyik”

Azərbaycan Ermənistandan Xocalı qətliamını törətmiş şəxslərin cəzalandırılmasını tələb etməlidir.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, dünən xalqımız böyük hüznlə Xocalı soyqırımı qurbanlarını yad etdi: “Ermənistanın prezidentləri olmuş Robert Koçaryan və Serj Sarkisyanın rəhbərliyi ilə 34 il öncə erməni silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalının dinc sakinlərinə uşaq, qadın, qoca demədən divan tutub. Xocalı işğaldan azad olunsa da, həmin cinayəti törətmiş şəxslər cəzalandırılmayınca, soyqırımı qurbanlarının ruhu rahat ola bilməz. İsrail müharibədən sonra nasist cinayətkarlarını taparaq ədalət məhkəməsi qarşısına çıxarırdı, mümkün olmadıqda isə onların məsuliyyətə cəlb olunması üçün digər yollar axtarırdı. Azərbaycanın müvafiq dövlət orqanları da Xocalı qətliamını törətmiş şəxslərin cəzalandırılması üçün bütün hüquqi mexanizmlərdən istifadə etməlidir.

Seçilən
0
3
azpost.info

4Mənbələr